Home » Microsoft Aptos blockchain ilə əməkdaşlıq edir

Microsoft Aptos blockchain ilə əməkdaşlıq edir

by ulviyya
0 rəy 7 baxış 1 dəqiqə oxuma

Süni intellekt texnologiya sənayesini fəth etməyə davam edir. Amerika texnologiya şirkəti Microsoft, AI və web3 üzərində işləmək üçün blockchain Aptos Labs ilə strateji tərəfdaşlıq qurduğunu elan etdi.

BBN.az xəbər verir ki, Microsoft-un AI və web3 Qlobal Biznes İnkişafı üzrə Direktoru Daniel An “Biz gözləyirik ki, AI önümüzdəki aylarda və illərdə daha geniş miqyasda web3 həllərinə daxil ediləcək”, – deyə bildirib. Aptos Lab Microsoft-un süni intellekt infrastrukturundan istifadə edərək chatbot hazırlayacaq.

Aptos Labs-ın həmtəsisçisi və baş direktoru Mohammad Shaikh, “İki şirkət üçün əsas diqqət müvafiq sənaye məsələlərimizi həll etməkdir”, – deyə açıqlama verib.

İki şirkət Web3-dən istifadəni genişləndirmək və mərkəzləşdirilməmiş məkanda yeni innovasiyaları təmin etmək üçün süni intellekt və blokçeyn texnologiyalarını birləşdirən yeni həllər yaratmaq üçün birlikdə işləyəcək. Əməkdaşlığın bir hissəsi olaraq, Aptos Labs, Aptos ekosistemi haqqında istifadəçi suallarını cavablandıracaq və tərtibatçılara faydalı resurslar təqdim edə biləcək. Aptos Assistant adlı chatbot kimi yeni məhsulları həyata keçirmək üçün Microsoft-un süni intellekt infrastrukturundan istifadə edəcək.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.