
“Microsoft” və “Meta” günəş enerjisi bazarında ən iri alıcılardan biri kimi fəaliyyətlərini genişləndirirlər.
BBN.az xəbər verir ki, bu il “Meta” ümumilikdə 2 giqavatdan artıq günəş enerjisi gücü əlavə edib. “Microsoft” isə imzaladığı yeni müqavilələr sayəsində enerji portfelinə 1,5 giqavat əlavə güc qatıb.
Texnologiya şirkətləri günəş və külək enerjisinə bir neçə əsas səbəbdən üstünlük verirlər. Əvvəla, bu mənbələr kömür və təbii qazla müqayisədə ən sərfəli yeni enerji istehsal formaları sayılır. Batareya texnologiyalarının ucuzlaşması isə bu resurslardan fasiləsiz enerji əldə etməyə imkan yaradır.
Bundan başqa, günəş enerjisi layihələrinin qısa zamanda – təxminən 18 ay ərzində – istifadəyə verilməsi onları daha cəlbedici edir. İnvestisiyaların mərhələlərlə reallaşdırılması və layihələrin bir hissəsinin erkən işə salınması, xüsusilə süni intellekt və məlumat mərkəzləri üçün enerji tələbatını tez bir zamanda təmin etməyə şərait yaradır.







