Home » “Microsoft” və “Google” iqtisadiyyat üçün bəd xəbər verib

“Microsoft” və “Google” iqtisadiyyat üçün bəd xəbər verib

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadi tənəzzül ilə bağlı qorxular, inflyasiya, Ukraynada müharibə, pandemiya – bir çox texnologiya şirkətlərinin özlərinin işçi qüvvəsi ilə bağlı ehtiyaclarını yenidən düşünməyə təsir edib. Bəzi şirkətlər işçi qəbulunu dondurublar, təkliflər barəsində yeni qərar qəbul ediblər, bəziləri isə bir çox əməkdaşları ilə yollarını ayırıb.

BBN.az Yahoo! Finance-yə istinadən yazır ki, Microsoft  korporasiyası, Google and Lyft Inc. son şirkətlərdirlər ki, çərşənbə günü açıqlamalarında deyiblər ki, bir çox işləri ixtisara salıblar. Google isə növbəti 2 həftə ərzində işçi qəbulunu dayandırır, Lyft da ABŞ bazarında olan yüzlərlə şirkət kimi eyni yolu izləyir. 

Alphabet Inc.-in törəmə şirkəti olan Google-un CEO-su Sundar Pichai bu ay işçilərinə deyib ki, ikinci rübdə 10 000 yeni Google əməkdaşı işə alınıb, amma ilin qalan hissəsində isə işə qəbulun sürəti azaldılacaq, daha çox isə mühəndis və teniki istedadlı şəxslərə prioritetlik verəcəklər.    

Amazon.com Inc. apreldə demişdir ki, pandemiyada artan tələbdən dolayı işçi qüvvəsinin sayı da çoxalmışdı, amma indi onların sayını azaltmağın vaxtıdır. Mart ayı məlumatına görə, şirkətin 1,6 milyon işçisi var ki, bu onu dünyanın ən çox işçi qəbulu edən şirkəti edir.

“iPhone” istehsalçısı Apple Inc. sentyabrda 154 000 işçisi olub, bu isə fiskal ilin başa çatdığı vaxta təsadüf edib. Bu şirkət də işçi qəbulunun sürətini azaldacaq.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.