Home » MİDA-nın tabeliyindəki şirkət ötən il 1 milyon manat xalis mənfəət əldə edib

MİDA-nın tabeliyindəki şirkət ötən il 1 milyon manat xalis mənfəət əldə edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən MİDA MMC 2025-ci ili 1,028 milyon manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2024-cü illə müqayisədə 6,6 dəfə azdır.

Bu barədə şirkətin maliyyə hesabatında qeyd olunub.

Məlumata görə, ötən il MİDA MMC-nin müştərilərlə bağlanmış müqavilələrdən əldə etdiyi gəlirlər 69,128 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 14,7 % azdır. Satışın maya dəyəri 47,63 milyon manat (25,5 % az), sair əməliyyat gəlirləri 810 min manat (9,3 % çox), ümumi və inzibati xərclər isə 17,191 milyon manat (6,3 % çox) olub.

Hesabat dövründə maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə gəliri 190 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 46,2 % azdır. Maliyyə gəlirləri 3,773 milyon manata enərək 2,2 dəfə azalıb, maliyyə xərcləri isə 7,18 milyon manata yüksələrək 2,1 dəfə artıb. Şirkətin mənfəət vergisi üzrə ödəmələri isə 871 min manat olub ki, bu da illik müqayisədə 2,8 dəfə çoxdur.

2026-cı il yanvarın 1-nə MİDA MMC-nin aktivləri 608,153 milyon manata çatıb. Bu, əvvəlki illə müqayisədə 2,8 % artım deməkdir. Hesabat dövründə şirkətin öhdəlikləri 13 % azalaraq 147,561 milyon manata düşüb, balans kapitalı isə 9,2 % artaraq 460,592 milyon manat təşkil edib.

Qeyd edək ki, MİDA MMC 11 aprel 2016-cı ildə yaradılıb və həmin ilin 17 may tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 milyon manatdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.