
Milli Depozit Mərkəzinin Müşahidə Şurasının qərarı ilə Nağı Nağıyev qurumun İdarə Heyətinin üzvü təyin edilib.
O, 1995-ci ildə Bakıda anadan olub, ali təhsilini Böyük Britaniyada alıb – 2013–2016-cı illərdə Londondakı “City University”də “İnvestisiya və maliyyə risklərinin idarə edilməsi” proqramı üzrə təhsil alaraq maliyyə ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib, daha sonra təhsilini həmin universitetdə davam etdirərək 2017-ci ilin sentyabrında “Layihələrin idarə edilməsi, maliyyə və risk” ixtisası üzrə magistr dərəcəsi əldə edib, 2018–2023-cü illərdə isə “University College London”da doktorantura təhsili alaraq fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
N.Nağıyev 2020-ci ildə Birləşmiş Krallığın London şəhərində yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə təhlilçisi kimi təcrübə keçib, həmin il əmək fəaliyyətinə “SOCAR Trading” şirkətində bazar riskləri üzrə təhlilçi kimi başlayıb. 2022–2023-cü illərdə London Metal Birjasında çalışaraq beynəlxalq maliyyə və əmtəə bazarları üzrə peşəkar təcrübəsini genişləndirib.
O, əmək fəaliyyətini 2023-cü ilin avqust ayından Azərbaycan Mərkəzi Bankında davam etdirib, 2024-cü ilin iyun ayına qədər qurumun Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentində aparıcı mütəxəssis vəzifəsində çalışıb, daha sonra 2026-cı ilin iyul ayına qədər isə həmin departamentin Nəzarətin metodologiyası şöbəsinin rəisi vəzifəsini icra edib.




