
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyası üzrə iclasları başlayır. İlk iclas sentyabrın 16-da keçiriləcək.
Komitədə 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər, eləcə də payız sessiyasında nəzərdə tutulan fəaliyyət planı müzakirə olunacaq.
İclasın gündəliyinə “Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” və “Milli Məclisin komitələri haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib. Sözügedən qanunlar parlamentin plenar və komitə iclaslarında prosedur qaydalarını müəyyənləşdirir.
Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, müavini isə Elşən Musayevdir.




