Home » Milli Mətbuat Günü münasibətilə press-tur təşkil edilib

Milli Mətbuat Günü münasibətilə press-tur təşkil edilib

by anar
0 comments 1 views 1 minutes read

Mətbuat nümayəndələri güzəştli kreditlərlə maliyyələşən müəssisə və təsərrüfatlarda istehsal prosesi ilə tanış olublar.

22 İyul Milli Mətbuat Günü münasibətilə Sahibkarlığın İnkişafı Fondu (SİF) və Bank Respublikanın birgə təşkilatçılığı ilə press-tur keçirilib.

Lənkəran rayonunda təşkil edilən tədbir çərçivəsində mətbuat nümayəndələri SİF tərəfindən Bank Respublika vasitəsilə güzəştli kreditlərlə təmin edilmiş müəssisə və təsərrüfatlarda istehsal prosesi ilə tanış olublar.

Güzəştli kreditlər vasitəsilə fəaliyyətini genişləndirən sahibkarlıq subyektlərindən biri olan “La Ran” MMC-də istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilib ki, 5 növdə və 56 çeşiddə qənnadı məhsulları yerli bazarlarda satışa çıxarılmaqla yanaşı, “Made in Azerbaijan” brendi altında bir çox xarici ölkəyə ixrac olunur. Həmçinin “Lenk Fruit” MMC-yə məxsus sitrus bağlarında yetişdirilən naringi, limon, şaftalı, nektarin və giləmeyvələrin daxili tələbatı qarşılamaqla yanaşı, Avropa bazarlarına da ixrac edildiyi media nümayəndələrinin diqqətinə çatdırılıb.

Bununla yanaşı, tədbir çərçivəsində mətbuat nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.