Home » Milli Məclis icbari tibbi sığorta üzrə müştərək maliyyələşmənin tətbiqini 1 il uzadıb

Milli Məclis icbari tibbi sığorta üzrə müştərək maliyyələşmənin tətbiqini 1 il uzadıb

by Zeyneb
0 comments 3 views 1 minutes read

Milli Məclis icbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi müddətinin 1 il uzadılmasını qəbul edib.

Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Dəyişiklik layihəsinə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə edildikdə sığortaolunan şəxs müştərək maliyyələşmə məbləğini ödəməlidir.

Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.