Home » Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair İşçi Qrupun istinad standartlarının hazırlanmasına həsr edilmiş növbəti iclası keçirilib

Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair İşçi Qrupun istinad standartlarının hazırlanmasına həsr edilmiş növbəti iclası keçirilib

by ulviyya
0 rəy 0 baxış 2 dəqiqə oxuma

İclasda Dövlət Proqramı üzrə Tədbirlər Planında nəzərdə tutulan tapşırıqlar, o cümlədən istinad edilmiş standartların qəbulu istiqamətində görülmüş işlər müzakirə edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında nəzərdə tutulan işlərin icrası məqsədilə yaradılan İşçi Qrupun növbəti iclası keçirilib.

İstinad standartlarının hazırlanmasına dair iclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti, o cümlədən 2024-cü il üzrə İş Planında nəzərdə tutulmuş tapşırıqların icrasına məsul olan Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, habelə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC, “Azergold” QSC və digər dövlət qurumlarının, o cümlədən standartlaşdırma üzrə texniki komitələrin 100-dən artıq nümayəndəsi iştirak edib.

İclas İşçi Qrupun cari il üzrə iş planında nəzərdə tutulan tapşırıqların icra statusu, istinad edilmiş standartlar istiqamətində görülən işlər, habelə həmin tədbirlərin icrası zamanı yaranan çətinliklər barədə müzakirələrin aparılması məqsədilə keçirilib.

İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdir müavini Faiq Hüseynov və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev çıxış ediblər. Çıxışlar zamanı Dövlət Proqramında yer alan tədbirlərin icra vəziyyəti və texniki tənzimləmə sisteminin qurulması sahəsində dövlət siyasəti barədə məlumat verilib, texniki reqlamentlərin əsas tələblərinin yerinə yetirilməsini təmin edən istinad standartlarının əhəmiyyətindən söz açılıb.

Daha sonra Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktor müavini Kəmalə Məmmədzadə istinad edilmiş standartların təsdiq edilməsi istiqamətində görülmüş işlərə dair təqdimatla çıxış edib. Təqdimat çərçivəsində aidiyyəti dövlət orqanları nümayəndələrinin iştirakı ilə həmin standartların qəbul edilməsi prosesində qarşıya çıxan çətinliklər və onların həlli yolları ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, iş planında səlahiyyətli dövlət orqanları tərəfindən müxtəlif mal kateqoriyalarının təhlükəsizliyinə dair hazırlanması nəzərdə tutulan 34 milli texniki reqlamentdən 27-nin layihəsi artıq hazırdır. Eyni zamanda beynəlxalq təcrübə nəzərə alınmaqla, həmin texniki reqlamentlərdən irəli gələn 5192 istinad edilmiş standartın siyahısı hazırlanıb.

Qeyd: “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq olunub. Dövlət Proqramı milli texniki reqlamentlərin qəbulu, texniki tənzimləmə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, bu istiqamətdə müasir laboratoriya şəbəkəsinin qurulması, istehsal prosesi, keyfiyyətin qiymətləndirilməsi və xidmət sferasının təşkilinə dair mühüm sahələri əhatə edir. 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.