Home » Moldova ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti addımlar müzakirə edilib

Moldova ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti addımlar müzakirə edilib

by anar
0 comments 0 views 1 minutes read

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Azərbaycanda səfərdə olan Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Boleanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İki ölkə arasında enerji sahəsində mövcud və perspektiv əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrinin təşviqi və enerji tənzimlənməsi sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

Görüş çərçivəsində energetika naziri Azərbaycanda təbii qaz və bərpa olunan enerji sahələrində görülən işlər, xüsusilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Avropaya yaşıl enerji ixracı ilə bağlı həyata keçirilən təşəbbüslər barədə məlumat verib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında reallaşdırılan Yaşıl Enerji Dəhlizi haqqında danışılıb, bu istiqamətdə gələcək əməkdaşlıq imkanlarına toxunulub.

Nazir Vladimir Bolea təbii qaz tədarükü də daxil olmaqla bir sıra sahələrdə prioritet əməkdaşlıq istiqamətlərindən danışıb. Qaz təchizatında uzunmüddətli müqavilələrin enerji təhlükəsizliyi və davamlılıq baxımından əhəmiyyəti vurğulanıb. Moldovada bioenerji və bioqaz sahələrində investisiya əsaslı əməkdaşlıq imkanları, ölkədə mövcud yaşıl güclər, həyata keçirilən bərpa olunan enerji hərracları barədə ətraflı məlumat verilib, Azərbaycan şirkətlərinin bu istiqamətlərdə reallaşdırılacaq layihələrdə iştirakı üçün imkanların mövcudluğu diqqətə çatdırılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.