Home » Monoetnik Ermənistan: Sosial partlayışa hazırlıq

Monoetnik Ermənistan: Sosial partlayışa hazırlıq

by bbnadm
0 rəy 0 baxış 5 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadənin şərhi

Ermənistanın inkluziv perspektivsizliyinə giriş

Sovet ittifaqından ayrıldıqdan sonra Ermənistan tam siyasi və iqtisadi müstəqillik əldə edə bilməyib. Siyasi və iqtisadi institutlarda ekstraktiv idarəetmə mühitinin qalması nəticəsində erməni əhalisinin gəlir bərabərsizliyi artmış, xalq əldə edilən gəlirlərdən kənarda qalmışdır. Müstəqilliyin ilk illərində siyasi təlatümlər, populizm, ərazi iddiaları nəinki iqtisadi müstəqilliyə, həmçinin əhalinin sosial durumuna ciddi zərbə vurmuşdur.  Etnik millətçiliyin milli siyasətin əsas hədəfi olması, iqtisadi bağlılığın sosial rifaha mənfi təsirinə və iqtisadiyyatın inkluziv inkişafına maneə törətməsinə səbəb olur. 2019-cu ildə USAİD tərəfindən hazırlanan “Ermənistanın inkluziv vəziyyətinin diaqnostikası” hesabatını təhlil edərkən, bu ölkənin inkluziv artımına əsas maneə kimi şərq və qərb qonşuları ilə sərhədlərin bağlı olması, cənub qonşuluğunda yerləşən ölkə ilə məhdudiyyətli ticarət əlaqələri, beynəlxalq dəniz yollarına çıxışının olmaması, o cümlədən sadalanan amillərin təsiri ilə ölkə daxili iqtisadi münasibətlərin genişlənməsi üçün imkan və seçimlərin dar olması göstərilir. Habelə, hesabata əsasən coğrafi və geopolitik situasiyasının əlverişsizliyi səbəbindən dominant problemlər həllini tapmamaqdadır:

1. Ərazi landşaftına görə infrastruktur problemləri

2. Ticarət xərclərinin artımı, ixrac gecikmələri, dünya ölkələrinə ixrac üçün məhdud coğrafi amillər səbəbindən mikroiqtisadi risklər.

            Sözügedən amillərdən əlavə Ermənistan iqtisadiyyatı üçün digər ciddi risklər mövcuddur ki, həlli orta və uzun müddətli dövrdə mümkünsüz görünür. USAİD tərəfindən hazırlanan hesabatda göstərilən başlıca problemin Dağlıq Qarabağ münaqişəsi və bağlı sərhədlərin olması, bir daha Ermənistan üçün ciddi siqnaldır. Ermənistan hökuməti tərəfindən aparılacaq istənilən islahatlar yalnız qısamüddətli dövrü əhatə etmə gücünə malik olacağı beynəlxalq ekspertlər tərəfindən də vurğulanmışdır.

            Yazılan məqalənin əsas mahiyyəti Ermənistanda rasizm meyillərinin inkluziv inkişafda mövqeyi, iqtisadiyyatın sosial mühitə təsirləri və inkluziv inkişaf üçün perspektivləri əhatə edir.

 “Monoetik dövlətdə” təbəqələşmə və Steykholder Kapitalizmi

Hər il həyata keçirilən “Davos İqtisadi Forumu” beynəlxalq platforma olaraq dünyada baş verən iqtisadi çağırışlar, sosial problemlər, millətlərarası münaqişələr, ətraf mühitin qorunması kimi məsələləri müzakirə edir. 2020-ci ilin əsas mövzusu isə iqtisadi problemi əhatə etməsə də, orta və uzun müddətli dövrdə iqtisadi inkişafa ziyan vura biləcək yanaşmadır. Belə ki, Davos İqtisadi Forumunun “Səhmdar Kapitalizmdən Steykholder Kapitalizminə keçid” şüarı altında təşkil etdiyi platformada multikultural dəyərlərin qorunması, milli gəlirin bölüşdürülmə dairəsinin genişləndirilməsi, bir sıra ölkələrdə təbəqələşmə və s. bu kimi mövzuları əhatə edən müzakirələr keçirilmişdir.  Steykholder Kapitalizminin əsas mahiyyəti gəlirlərin yaxud qərarvermənin bir və ya bir neçə fərd arasında deyil, cəmiyyətin müxtəlif təbəqələri arasında bölüşdürülməsidir. Təəssüflər olsun ki, sözügedən ideya ətrafında Ermənistan birləşə bilmir. Ölkədə hökm edən rasizm və şovinizm meyllərini beynəlxalq statistik göstəricilər də təsdiq edir. Ermənistanın rasizm və şovinizmə əsaslanan yeni milli təhlükəsizlik strategiyası da orta və uzun müddətli dövrdə multikulturalizm dəyərlərindən yan keçəcəyinə əyani sübutdur. Müasir dövrdə Ermənistanın 98.1 faiz əhalisinin erməni millətindən ibarət olması keçmiş ideologiyaya məxsus yanaşmadır. Cənubi Qafqazın qərb dəhlizində yerləşən ölkədə digər xalq və millətlərin, o cümlədən din mənsublarının nümayəndələrinə rast gəlmək çətindir. Belə ki, az sayda yezidi kürdləri (1,2%) və rusların (0,4%) yaşadığı ölkədə, sözügedən millətlər də getdikcə azalır. Bundan əlavə, müstəqillikdən bu zamana qədər digər xalq və din mənsublarının rahat hərəkət və fəaliyyətinə daima edilən psixoloji və mənəvi zərbələr nəticəsində ölkə dünyanın “aqressiv” ölkəsi kimi liderlər arasındadır. 1992-ci 26 Fevral tarixində törədilən Xocalı soyqırımı Ermənistanda fəaliyyət göstərən millətçi hərəkatın digər xalq və din mənsublarına qarşı dözümsüzlüyünü nümayiş etdirir. Müasir dövrdə kadrlar vasitəsilə dünya mətbuatında işıqlandırılan “Xocalı soyqırımı” Ermənistan hökumətinin bır sıra millətçi partiya və qeyri-hökumət təşkilatlarının digər millət və xalqların nümayəndələrinə qarşı hüquq pozuntusu faktı təkmillətli ölkə adına verilmiş düzgün qiymətdir.

Qeyd edildiyi kimi, steykholder kapitalizminin mahiyyət və fəlsəfəsi Ermənistan cəmiyyətindən uzaqdadır. Rasizm və şovinizm siyasəti ilə cəmiyyətdə digər millət və din mənsublarının təhlükəsizliyi şübhə altına düşür. Bu sosial cəhətdən Ermənistanın digər millətlər üçün təhlükəsizlik yastığı rolu oynamadığı və iqtisadi cəhətdən münbit olmadığını göstərir.  Dünya miqyasında tanınmış qeyri-rezident şirkətlərini yerli ticarət və sənaye palatalarının  tərkibində görmək çətindir. Xarici investorlara məxsus mülkiyyətlərin  ofşor zonalarda fəaliyyət göstərən erməni investorlara satılması, bu ölkədə mülkiyyət hüquq və  azadlıqlarını aktual edir. Uzun illər fəaliyyət göstərən xarici dövlət şirkətlərinin hüquq və azadlıqlarının pozulması Ermənistanın təkcə sadə vətəndaşlara deyil, həmçinin iqtisadi agentlərə qarşı da  rasizm və şovinizm siyasəti apardığını  əks etdirir. Mərkəzi Bank tərəfindən tərtib edilən tədiyyə balansında xarici sahibkarlar tərəfindən maliyyə mülkiyyətinin çıxarılmasını müşahidə edə bilərik. Belə ki, hətta siyasiləşmiş statistik göstəricilər sübut edir ki, investisiya gəlirlərinin repatriasiyasındakı artımlar davam edəcəkdir.

Sosial təlatümlər və inkluzivliyin ressesiyası  

Kölgə iqtisadiyyatının hökm sürdüyü Ermənistanda sosial siyasət və inkluziv iqtisadiyyatın inkişafından danışmaq əbəsdir. Beynəlxalq Valyuta Fondunun tədqiqatlarında kölgə iqtisadiyyatının həm nəzəri, həm praktiki cəhətdən ölkə inkişafına maneə olduğu, bu şərtlər altında inkişafın mümkün olmadığı qeyd edilmişdir. Siyasi və hüquqi cəhətdən kölgə iqtisadiyyatı demokratik prinsiplərin tətbiq olunmadığı, insan və mülkiyyət hüquqlarının tapdalandığı, ekstraktiv institutların geniş miqyas aldığı ölkələrdə mövcud olur. Mövzuya müvafiq olaraq, sosial və inkluziv inkişaf yalnız leqal iqtisadi subyektlərin mövcud olduğu, iqtisadiyyatın müxtəlif sektorları üzrə uçot, bəyannamə və qeydiyyat prosedurlarının şəffaf, hesabatlı və açıq çərçivədə olan ölkələrdə inkişaf edir.

Sosial gərginlik yaşayan Ermənistanda kölgə iqtisadiyyatının miqyası Dünya Bankının “Dünya ölkələrində kölgə iqtisadiyyatı” ilə əlaqədar hesabatında aydın görünür. Ev təsərrüfatları ilə bərabər iri inhisarçı şirkətlərin rəqabətsiz mühitdə fəaliyyəti boz iqtisadiyyatın miqyasını daha da artırır. Hətta Ermənistan Mərkəzi Bankının ödəmələr balansına aid hesabatına əsasən, ölkəyə daxil olan pul baratlarının miqyası daha çoxdur ki, mütləq əksəriyyətinin uçotu qeyri-müəyyəndir. Ermənistana gələn pul axını mənbəyi üç istiqamətlidir ki, buraya pul köçürmələri, xarici investisiya və müxtəlif fondların pul yardımları daxildir. Dünya Bankının regional ölkələri ilə bağlı hesabatına əsasən, Ermənistan miqrant əməyi hesabına MDB-də ən çox pul köçürmələri alan ölkələrdən biridir. Həmin hesabatın hesablamasına əsasən, 2014-2016-cı illərdə pul köçürmələrinin ÜDM-də payı 20% səviyyəsindədir. Təbii ki, bu hesablamalar rəsmi uçota əsaslanan rəqəmlər olduğunu nəzərə alsaq, ev təsərrüfatlarına köçürülən pul vəsaitlərinin əksər hissəsi ölkədə əlavə dəyərin formalaşmasına deyil, sosial həyat dayanıqlığının təmin olunmasına xidmət edir. Bundan əlavə, pul köçürmələrinin miqrantlar vasitəsilə edildiyini nəzərə alsaq, bu Ermənistanda işsizlik və yoxsulluğun yüksək həddə olmasına işarədir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.