Home » “Moody’s”: Azərbaycanda yalnız şəriət normalarına uyğun işləyən banklar meydana gələ bilər

“Moody’s”: Azərbaycanda yalnız şəriət normalarına uyğun işləyən banklar meydana gələ bilər

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu barədə Moody’s Investors Service beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Azərbaycan Mərkəzi Bankı (“Baa3”, “müsbət” proqnoz) 2026-cı ildən İslam bankçılığı məhsullarının tətbiqinə başlayacağını elan edib. Hazırda hakimiyyət orqanları İslam maliyyəsinin inkişafı üçün əlavə tənzimləyici tədbirlər hazırlayır. Buraya Mülki Məcəlləyə, “Banklar haqqında” Qanuna və Vergi Məcəlləsinə dəyişikliklər daxildir. Əsas təkliflərdən biri İslam maliyyə əməliyyatlarının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsidir.

Normativ baza yaradıldıqdan sonra ənənəvi banklar “İslam pəncərələri” vasitəsilə şəriət prinsiplərinə uyğun maliyyə xidmətləri təklif edə biləcəklər. Agentlik bildirir ki, bu, bank sektorunun mənfəətliliyini və likvidlik göstəricilərini artıracaq, həmçinin maliyyələşmə imkanlarını genişləndirəcək.

Hesabata əsasən, “İslam pəncərələri”nin tətbiqi Azərbaycan banklarına bazarın hazırda az əhatə olunan seqmentinə çıxış imkanı verəcək. Eyni zamanda, sukuk buraxılışı üçün çərçivələrin yaradılması İslam maliyyə institutlarından vəsait cəlbinə şərait yaradacaq. Bu isə likvidliyin gücləndirilməsinə və idarə edilməsi üçün yeni alətlərin formalaşmasına xidmət edəcək.

Agentlik qeyd edir ki, hazırda Azərbaycanda tamamilə İslam prinsipləri ilə fəaliyyət göstərən bank və ya “İslam pəncərəsi” mövcud deyil, baxmayaraq ki, əhalinin 97 faizi İslam dininə etiqad edir. Normativ bazanın olmaması indiyədək bu sahənin inkişafını ləngidib.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı (“Ba1”, “sabit” proqnoz) 2013-cü ildə İslam bankçılığı departamentini yaradaraq kiçik və orta biznes, eləcə də pərakəndə müştərilərə xidmət göstərməyə başlamışdı. Lakin layihə 2015-ci ildə dayandırılmışdı.

“Moody’s” hesab edir ki, yeni planlar reallaşarsa, ölkədə yalnız şəriət prinsipləri ilə fəaliyyət göstərən bankların yaranması və infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün sukuk buraxılışı mümkün olacaq. Bu addım İslam maliyyəsi istiqamətində genişlənən regional tendensiyanı əks etdirir və beynəlxalq İslam maliyyə institutları ilə əməkdaşlıq prosesin sürətlənməsinə töhfə verə bilər.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.