Home » Moody’s “Bank Respublika”nın yüksək reytinqini bir daha təsdiqlədi

Moody’s “Bank Respublika”nın yüksək reytinqini bir daha təsdiqlədi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Moody’s beynəlxalq reytinq agentliyi “Bank Respublika”nın uzunmüddətli kredit reytinqini bir daha “B3” səviyyəsində təsdiqləyib, bu isə, ölkə bankları arasında olan ən yüksək reytinqlərdən biridir. Reytinqin təsdiq olunması bankın yüksək kapitallaşması, səhmdarların dəstəyi, mənfəətin artması və eləcə də bankın yetərli qədər likvidliyi ilə bağlıdır.

Moody’s mütəxəssisləri, Bankın kapital göstəricilərinin yaxın 12-18 ay ərzində sabit qalacağını və bunun maliyyə ehtiyatlarının yaradılması üzrə xərclərin mümkün artması təqdirdə, kapitalın daxili artım potensialı sayəsində mümkün olacağını qeyd ediblər. Kreditlərin ümumi aktivlərdəki payının yüksək olmaması və likvid vəsaitlərin buferinin yetərli səviyyəsi, “Bank Respublika”ya rəqib banklarla müqayisədə daha yüksək risklərin qarşılanmasına imkan yaradır.

Bundan başqa, 2020-ci ilin avqust ayının sonuna I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,7%, məcmu kapitalın adekvatlıq əmsalı isə 15,9% təşkil edib ki, bu da minimal normativ tələblərdən müvafiq olaraq 5%-dən və 10%-dən çoxdur.   Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.