Home » “Moody’s” SOCAR-ın kredit reytinqini dəyişməyib

“Moody’s” SOCAR-ın kredit reytinqini dəyişməyib

by yunus
0 comments 0 views 1 minutes read

Beynəlxalq reytinq agentliyi “Moody’s” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə növbəti planlı qiymətləndirməsini başa çatdırıb. Qiymətləndirmənin nəticələrinə əsasən, şirkətin kredit reytinqi və proqnozu dəyişməz saxlanılıb.

Agentliyin məlumatına görə, qiymətləndirmə reytinq komitəsinin iclası çərçivəsində aparılıb və tətbiq olunan baza metodologiyası ilə son hadisələr nəzərə alınaraq reytinqlərin əsaslandırılması yenidən təhlil edilib. Bununla belə, “Moody’s” bildirib ki, bu proses yeni kredit reytinqi qərarının qəbul edilməsi anlamına gəlmir və yaxın perspektivdə belə bir qərarın veriləcəyinə işarə etmir.

Hazırda SOCAR-ın uzunmüddətli emitent kredit reytinqi “Baa3”, proqnozu isə “sabit” olaraq saxlanılıb. Agentlik qeyd edib ki, bu qiymətləndirmə şirkətin “ba2” səviyyəsində Əsas Kredit Qiymətləndirməsi (BCA), Azərbaycan hökumətinin “Baa3” xarici valyutada kredit reytinqi, dövlətlə yüksək əlaqəlilik və zərurət yarandıqda hökumət dəstəyinin yüksək ehtimalı kimi amillərə əsaslanır.

“Moody’s” SOCAR-ın “ba2” səviyyəli BCA qiymətləndirməsini şirkətin Azərbaycanın neft-qaz sektorundakı strateji mövqeyi, güclü maliyyə göstəriciləri, sağlam kredit profili, yüksək likvidlik ehtiyatları və dövlətlə sıx əlaqələri ilə izah edib. Agentliyin fikrincə, bu amillər ehtiyac yarandığı halda hökumətin şirkətə maliyyə dəstəyi göstərmək imkanını da gücləndirir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.