Home » Müsabiqəyə sənəd qəbulu davam edir

Müsabiqəyə sənəd qəbulu davam edir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu martın 18-də başa çatır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) müvafiq istiqamətlər üzrə müsabiqəyə layihə təqdim etmək istəyən KOB subyektlərinin diqqətinə çatdırır ki, layihələrini qeyd olunan tarixədək Agentliyə təqdim edə bilərlər. 

KOB subyektləri müsabiqə üçün müvafiq sənədləri Agentliyə elektron (info@smb.gov.az) və ya birbaşa (AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) təqdim edə bilərlər. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatdır.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hər bir şəxs müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. 

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq sənədləri (ərizə, layihə və büdcənin əsaslandırılması üçün nümunəvi formaları) Agentliyin saytından (https://bit.ly/3oZx4HZ), ətraflı məlumatı isə (012) 404 04 01 və 131 Çağrı Mərkəzindən əldə edə bilər. KOB subyektləri müsabiqəyə təqdim ediləcək sənədlərin hazırlanması üçün Agentliyin KOB inkişafı mərkəzlərinin ödənişsiz dəstək və xidmətlərindən istifadə edə bilərlər. Müsabiqənin nəticələri 19 aprel 2021-ci il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir. Müsabiqəyə təqdim olunacaq layihələrin qiymtələndirilməsi zamanı layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları və digər amillər əsas götürüləcəkdir.  

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.