Home » Mərkəzi Bankın İdarə Heyətinə yeni səlahiyyətlər verilir

Mərkəzi Bankın İdarə Heyətinə yeni səlahiyyətlər verilir

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Mərkəzi Bankın İdarə Heyəti maliyyə bazarlarını tənzimləyən qanunlara müvafiq olaraq bu sahədə lisenziyaların verilməsi və ləğv edilməsi, maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda Mərkəzi Bankın nəzarət etdiyi subyektlərdə müvəqqəti inzibatçının təyin olunması və fəaliyyətinə xitam verilməsi, habelə rezolyusiya tədbirlərinin görülməsi barədə qərar qəbul edəcək.

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 5-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə banklar, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya şirkətləri və qiymətli kağızlar bazarında digər lisenziyalaşdırılan şəxslər, investisiya fondları, investisiya fondunun idarəçiləri, klirinq (prosessinq) fəaliyyətini həyata keçirən şəxslər, kredit büroları və maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən digər şəxslərin (nəzarət subyektlərinin) fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirəcək.

İdarə Heyəti hüquqi şəxslərin yaradılması və (və ya) onlarda iştirak və sosial layihələrin (tədbirlərin) maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edəcək, məşvərətçi daxili komitələr yaradacaq və onların əsasnamələrini təsdiq edəcək, fond birjasından kənarda qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin təşkil olunduğu digər ticarət sistemini müəyyən edəcək.

AZƏRTAC

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.