Home » Nardaranda SOCAR brendli modul tipli yanacaqdoldurma stansiyası istifadəyə verilib

Nardaranda SOCAR brendli modul tipli yanacaqdoldurma stansiyası istifadəyə verilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Nardaran qəsəbəsində “SOCAR” brendli modul tipli yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

“SOCAR Petroleum”a məxsus modul tipli YDS Nardaran qəsəbəsi dalan 31, Mikayıl Müşfiq küçəsi ünvanında yerləşir. “Sea Breeze Resort” ərazisindəki yanacaqdoldurma stansiyasında 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da həm kiçik, həm də iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb. Həmçinin YDS-də nağdsız satış üçün POS-terminallar da fəaliyyət göstərəcək.

Qeyd edək ki, yeni YDS ərazisi seçilərkən həmin ərazidə yaşayan əhalinin yanacağa tələbatının yüksək olması əsas götürülüb. Həmçinin yaxın zamanda yanacaqdoldurma stansiyasında müştərilər üçün bir sıra kampaniyaların keçirilməsi nəzərdə tutulur.

Nardaranda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində “SOCAR” brendli YDS-lərin sayı 48-ə çatdırılıb. Xatırladaq ki, onlardan 5-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərir.

“SOCAR Petroleum” QSC-nin strateji inkişaf planına uyğun olaraq, bu sahədə işlər davam etdirilir. Bununla da ölkə ərazisində müasir standartlara cavab verən “SOCAR” brendli yanacaqdoldurma stansiyalarının sayı dinamik inkişafla artırılır”, – məlumatda deyilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.