Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar-noyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 132,1 milyon manatdan çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% və ya 14,4 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 21,3% artaraq 39,9 milyon manat təşkil edib.
2023-cü ilin 11 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% artaraq 3,5 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 21,9 milyon manatdan çox olmaqla, ötən ilin eyni dövrünə nisbətən 5,8% artıb.
Naxçıvan MR-də sosial sığorta haqları üzrə daxilolmalar 12.2% artıb
0