“Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsi

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin elan etdiyi  “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsinin icrasına start vermişdir. Layihə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqla həyata keçiriləcək.

Layihənin əsas məqsədi Naxçıvan Muxtar Respublikasında yaşayan qadınların bilik və bacarıqlarını artırmaqla, onlara iş imkanları yarada biləcək şəxsi bizneslərin qurulmasına texniki və maliyyə dəstəyi verməkdir.

Layihə sağlamlıq imkanları məhdud qadınlar da daxil olmaqla, kənd icmalarından olan 20 nəfər qadının biznes bacarıqlarının, maliyyə savadlılığının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Onlar biznes fəaliyyətinə başlamaq üçün sərmayə kapitalı ilə təmin olunacaq.

Layihə həmçinin DİM 1-yoxsulluğun azaldılması, DİM 2 – aclığın aradan qaldırılması, DİM 3 –  yaxşı səhhət və rifah, DİM 4 – keyfiyyətli təhsil, DİM 5- gender bərabərliyi və DİM 8- layiqli iş və iqtisadi inkişaf kimi məqsədlərə mümkün mənfi təsirin aradan qaldırılmasına töhfə verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır