
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Baş katibi Yunq Ta Kimlə görüş keçirib.
Azərbaycanın BNF-yə prezidentliyi ilə bağlı məsələlər, bu dövr üçün müəyyən edilən prioritetlər və təşkilatla əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Qeyd olunub ki, BNF-nin hazırda Bakıda keçirilən 4-cü rüblük iclasları uğurla davam edir.
Görüşdə, həmçinin nəqliyyat sahəsində rəqəmsallaşma, kadr potensialının gücləndirilməsi istiqamətində əməkdaşlıq məsələləri, cari və növbəti ildə Bakıda keçiriləcək BNF tədbirləri barədə fikir mübadiləsi aparılıb.







