Home » Nazirliyin e-xidmətlərinə 21,7 milyon müraciət qeydə alınıb

Nazirliyin e-xidmətlərinə 21,7 milyon müraciət qeydə alınıb

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

8 ayın sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin yanvar-avqust aylarında 21,7 milyon müraciət qeydə alınıb.

Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 3,9 milyon dəfə istifadə olunub. 170 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub. Hazırda Nazirliyin 160 xidmətindən 145-i və ya 90 faizdən çoxu elektron qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik e-sosial.az portalı, “Əmək və Məşğulluq” altsistemi yaradılıb.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 8 ayında Nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 438 milyon olub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.