Home » Neftin qiymətlərinin yenidən yüksəlməsindən dolayı Shell milyardlarla gəlir əldə edib

Neftin qiymətlərinin yenidən yüksəlməsindən dolayı Shell milyardlarla gəlir əldə edib

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Neftin qiymətlərinin yenidən yüksəlməsindən dolayı Shell daha güclü maliyyə nəticələri əldə edib və iyul-sentyabr aylarında 6.2 milyard dollar gəlir əldə edib.

BBN.az BBC Business nəşrinə istinadən xəbər verir ki, bu isə bir öncəki ilin analoji dövrü ilə müqayisədə daha güclü nəticədir. Ötən ilin eyni dövründə gəlir 9.4 milyard dollardan enib, həmin zaman Rusiyanın Ukraynaya hərbi hücumundan dolayı neft və qazın qiymətləri artmışdı.

Neftin qiymətləri həmin dövrdəkindən daha aşağıdır, ancaq sonuncu dəfə yenidən artım nümayiş etdirib. Neftin qiymətlərinin yenidən yüksəlməsi isə əsasən OPEC+ -a üzv ölkələrin bazarı dəstəkləmək üçün istehsalın azaldılması ilə bağlı qərarından qaynaqlanır. Bu həftənin əvvəlində isə Dünya Bankı (World Bank) xəbərdarlığında qeyd edirdi ki, Yaxın Şərqdə baş verən konflikt xam neftin qiymətlərini 1 barrelə görə bugünkü 85 dollardan 150 dollara yüksəlməsinə təkan verəcək. Shell-dən qeyd ediblər ki, iyul-sentyabr aylarını əhatə edən 3 ayda xam neftin qiymətləri öncəki rüb ilə müqayisədə 23% artım nümayiş etdirib. Şirkət səbəb kimi isə yüksək neft qiymətlərini və xam neft, qaz ticarətini əsas göstərir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.