Netflix 2023-cü ilin son rübü üçün balans hesabatını açıqlayıb.
BBN.az xəbər verir ki, qlobal internet televiziya şəbəkəsi Netflix-in abunəçilərinin sayı 2023-cü ilin dördüncü rübündə 13,1 milyon nəfər artıb.
Buna görə şirkətin ötən ilin dördüncü rübündəki gəliri əvvəlki ilin eyni dövrünə görə 12,5% artaraq 8,83 milyard dollara çatıb. 2022-ci ilin eyni dövründə şirkətin gəliri 7,85 milyard dollar olub.
Şirkətin xalis mənfəəti ötən ilin son rübündə 938 milyon dollar olub. Netflix-in 2022-ci ilin dördüncü rübündə xalis mənfəəti isə 55 milyon dollar olaraq hesablanıb.