Home » Nvidia, Microsoft və Amazon OpenAI-yə 60 milyard dollarlıq investisiya imkanını müzakirə edir

Nvidia, Microsoft və Amazon OpenAI-yə 60 milyard dollarlıq investisiya imkanını müzakirə edir

by Zeyneb
0 comments 2 views 1 minutes read

ABŞ-ın aparıcı texnologiya şirkətləri olan Nvidia, Microsoft və Amazon süni intellekt startapı OpenAI-yə ümumilikdə 60 milyard dollara qədər investisiya yatırmaq imkanını müzakirə edir. Bu barədə The Information nəşri məlumat yayıb.

Məlumata görə, Nvidia OpenAI-yə 30 milyard dollara qədər sərmayə qoymağı nəzərdən keçirir. Microsoft və Amazon da hər biri çoxmilyardlıq investisiyalar üzrə danışıqlar aparır.

Bu danışıqlar OpenAI-nin süni intellekt və məlumat mərkəzləri layihələrini maliyyələşdirmək üçün 100 milyard dollara qədər vəsait toplamağı hədəflədiyi bir vaxta təsadüf edir. Sözügedən maliyyələşmə raundu çərçivəsində ChatGPT-nin yaradıcısı olan OpenAI-nin bazar dəyərinin təxminən 830 milyard dollar səviyyəsində qiymətləndirildiyi bildirilir.

Bundan əvvəl yayılan xəbərlərə əsasən, Yaponiyanın texnologiya nəhəngi SoftBank Group da OpenAI-yə 30 milyard dollara qədər əlavə investisiya yatırmağı planlaşdırır. SoftBank dekabr ayında startapa artıq 41 milyard dollar sərmayə qoyub.

Qeyd edək ki, OpenAI və SoftBank ABŞ-da süni intellekt məlumat mərkəzlərinin qurulmasını nəzərdə tutan 500 milyard dollarlıq “Stargate” layihəsi üzərində birgə çalışır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.