Home » Nvidia-nın gəliri 96,2 milyard dollara çatdı

Nvidia-nın gəliri 96,2 milyard dollara çatdı

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ-ın çip istehsalçısı Nvidia 2027-ci maliyyə ilinin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

BBN.az xəbər verir ki, şirkətin iyulun 26-da başa çatan üç aylıq dövrdə gəliri illik müqayisədə 106 % artaraq 96,2 milyard dollar təşkil edib. Bu göstərici bazar gözləntilərini də üstələyib.

Müqayisə üçün qeyd edək ki, əvvəlki maliyyə ilinin eyni dövründə şirkətin gəliri 46,7 milyard dollar olub. Nvidia-nın gəliri əvvəlki rüblə müqayisədə isə 18 % artıb.

Şirkətin əsas gəlir mənbəyi olan məlumat mərkəzləri seqmenti üzrə gəlirlər illik müqayisədə 117 % artaraq 89 milyard dollara yüksəlib.

Nvidia cari rüb üçün gəlir proqnozunu 108 milyard dollar səviyyəsində açıqlayıb. Bu, analitiklərin 104,19 milyard dollarlıq gözləntisindən təxminən 2 % çoxdur.

Şirkətin xalis mənfəətində də əhəmiyyətli artım qeydə alınıb. Hesabat dövründə Nvidia-nın xalis mənfəəti illik müqayisədə 126 % artaraq 59,7 milyard dollar təşkil edib.

Bununla yanaşı, şirkət 2028-ci maliyyə ilinə qədər gəlirlərinin təxminən 70 % artacağını gözlədiyini bildirib. Nvidia-nın açıqlamasına əsasən, birbaşa müştərilərdən biri hesabat dövründə şirkətin ümumi gəlirlərinin 16 %-ni formalaşdırıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.