Home » Ölkədə ilk dəfə olaraq “Rəqəmsal ödənişlər və elektron bankçılıq” adlı dərslik və onun tədris proqramı işıq üzü gördü

Ölkədə ilk dəfə olaraq “Rəqəmsal ödənişlər və elektron bankçılıq” adlı dərslik və onun tədris proqramı işıq üzü gördü

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, Azərbaycan Texniki Universitetinin baş müəllimi Tağıyev Xəyaləddin və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri, “Bank of Baku“ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmov tərəfindən “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik və onun proqramı hazırlanmışdır.

Dərslik “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqaməti üzrə prioritet hədəflərin icrası çərçivəsində ABA, “Visa Inc.” beynəlxalq kart təşkilatı, “Zolotoya Korona” ödəniş sistemi və rəqəmsal ödəniş ekosistemində təmsil olunan qabaqcıl maliyyə institutlarının dəstəyi əsasında nəşr edilmişdir.

Kitabda rəqəmsal ödənişlər, ödəniş ekosistemi və onun komponentləri, ödəniş alətləri və xüsusiyyətləri, rəqəmsal ödənişlər sahəsində qanunvericilik bazası və təkmilləşmə istiqamətləri, elektron bankçılıq xidmətləri və onlardan istifadə, rəqəmsal ödənişlər üzrə qabaqcıl beynəlxalq təcrübə və innovativ həllər, habelə rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatları açıqlanmışdır. Dərslikdə, həmçinin müxtəlif iqtisadi ədəbiyyatlarda rəqəmsal ödənişlərə nəzəri baxışlar, “hörümçək toru” prinsipi və onun şərhi verilmişdir.

Öl­­kəmiz­­də bu sahədə ilk də­­fə nəşr olunan bu kitab cə­­miy­­yə­­ti­­miz­­də rə­­qəm­­sal ödə­­niş­­lər və elekt­­ron bank­­çı­­lıq xid­­mət­­lə­­ri üzrə ma­­liy­­yə savadlılığının yüksəldilməsi, ödə­­niş eko­­sis­­te­­min­­də fə­a­­liy­­yət gös­­tə­­rən mü­­tə­­xəs­­sis­­lə­­rin bi­­lik və ba­­ca­­rıq­­la­­rı­­nın da­­ha da tək­­mil­­ləşdiril­­mə­­si­­nə xid­­mət edə­­cək­­dir.

Kitabı əldə etmək üçün linkə daxil ola bilərsiniz:

https://shop.az/293698-kitab-reqemsal-odenisler-ve-elektron-bankciliq-xidmetleri

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.