Onlar bizə əmanət!

“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin ehtiyaclarının ö dənilməsi ilə bağlı işlər davam etdirilir.

Fond tərəfindən 14 və 15 yanvar tarixlərində 54 şəhid ailəsi üzvünün tibbi müayinədən keçirilməsi təmin edilib.

Onların bəzilərinə müalicə, digərlərinə isə müəyyən müddətlik müalicə prosesindən sonra əməliyyat təyin edilib.

Müvafiq müayinə və müalicə tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır