Home » Ötən ay könüllü və icbari sığorta daxilolmaları artıb

Ötən ay könüllü və icbari sığorta daxilolmaları artıb

by yunus
0 rəy 1 baxış 1 dəqiqə oxuma

2024-cü ilin yanvar ayı ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 118 milyon 307 min manat, icbari sığorta növləri üzrə 20 milyon 807 min manat sığorta haqqı toplanılıb.

BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 4.2% və ya 4 milyon 816 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 13.6% və ya 2 milyon 484 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 13.7% artaraq 30 milyon 547 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 0.7% azalaraq 8 milyon 236 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar ayında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 25.8 manat sığorta ödənişi edilib. Bu rəqəm 2023-ci ilin ilk ayında 23.7 manata bərabər olub. Bu ilin yanvar ayı ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 39.6 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk ayında 45.3 manata bərabər idi.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.