Home » Özbəkistan Kredit Bürosu nümayəndələri Azərbaycan Kredit Bürosuna səfər etmişdir

Özbəkistan Kredit Bürosu nümayəndələri Azərbaycan Kredit Bürosuna səfər etmişdir

by Zeyneb
0 comments 3 views 1 minutes read

22–23 oktyabr 2025-ci il tarixlərində Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasının (ACIPE) üzvü Özbəkistan Respublikasının Kredit Bürosu – Kredit Məlumatları Analitik Mərkəzinin İcraçı direktoru Sanjar Maksutovun rəhbərlik etdiyi 5 nəfərlik nümayəndə heyəti Azərbaycan Kredit Bürosuna işgüzar səfər etmişdir.

Səfərin məqsədi Kredit Büroları arasında qabaqcıl təcrübələrin bölüşülməsi, eləcə də Kredit Bürolarının təqdim etdiyi məhsul və xidmətlərlə yaxından tanış olmaq olmuşdur.

Azərbaycan Kredit Bürosunun baş ofisində keçirilən iki günlük görüş zamanı AKB Hub, FinVision, FinScore, Findoc, Skorinq və PD Rate kimi innovativ analitik məhsul və xidmətlər təqdim olunmuş, onların funksionallığı, tətbiq imkanları və bank-maliyyə sisteminin təkmilləşdirilməsində və maliyyə inklüzivliyinin artırılmasında rolu haqqında ətraflı məlumat verilmişdir.

Eləcə də, Özbəkistan Kredit Bürosu öz növbəsində məhsul və xidmətlərini nümayiş etdirmişdir.

Tərəflər gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmiş və qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılığa gəlmişdir.

Xatırladaq ki, Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasının əsası 17 aprel 2018-ci ildə Bakı şəhərində qoyulmuşdur. ACIPE beynəlxalq təşkilat olmaqla 11 ölkənin 14 kredit bürosu və 2 assosiativ üzvü birləşdirir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.