Home » “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilmişdir

“Pərakəndə bankçılıq və kredit sığortası məhsulları üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilmişdir

by anar
0 comments 7 views 1 minutes read

25 noyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilmişdir.

Görüşdə kredit sığorta məhsulları ilə əlaqədar müzakirələr aparılmışdır.

Əlavə edək ki, 08 oktyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə Ümumi Yığıncağında “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları üzrə Ekspert Qrupu”nun yaradılması qərara alınmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.