Pərakəndə ticarət dövriyyəsi 1,6 faiz azalmışdır

2020-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 28054,9 milyon manatlıq, o cümlədən 15121,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12933,5 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,6 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,3 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artmışdır. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olmuşdur.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla2019-cu ilin yanvar – sentyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi28 054,998,4
o cümlədən:
ərzaq məhsulları13 690,5103,4
içkilər və tütün məmulatları1 430,9100,2
toxuculuq məhsulları, geyim və ayaqqabılar4 400,685,8
elektrik malları və mebellər1 592,392,8
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları225,599,8
əczaçılıq məhsulları və tibbi ləvazimatlar498,2137,4
avtomobil benzini və dizel yanacağı1 502,299,1
digər qeyri-ərzaq malları4 714,797,0

2020-ci ilin yanvar-sentyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,8 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 15,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,0 faizi ticarət müəssisələri, 51,9 faizi fərdi sahibkarlar tərəfindən, 25,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,0 faiz, fərdi sahibkarlar üzrə 2,9 faiz artmış, bazar və yarmarkalarda isə 16,0 faiz azalmışdır.

2020-ci ilin yanvar-sentyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 312,6 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 168,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 144,1 manatlıq qeyri-ərzaq malları almışdır.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır