Home » Pərviz Şahbazov: “Yaşıl enerji dəhlizləri yeni enerji arxitekturası formalaşdırır”

Pərviz Şahbazov: “Yaşıl enerji dəhlizləri yeni enerji arxitekturası formalaşdırır”

by Aytac
0 comments 0 views 1 minutes read

Gələcəyin şəhərləri artıq ölçüləri ilə deyil, enerji səmərəliliyi, texnoloji inkişafı və regional bağlantıları ilə dəyərləndiriləcək.

Bu sözləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müasir geosiyasi və geoiqtisadi reallıqlarda bağlantılar strateji əhəmiyyət daşıyır və enerji xətləri, nəqliyyat dəhlizləri, fiber-optik kabellər və elektrik interkonnektorları qlobal sistemin yeni “arteriyalar”ına çevrilir.

“Bu kontekstdə Azərbaycan regional yaşıl enerji və elektrik interkonnektorlarının formalaşmasında strateji rol oynayır. Prezident İlham Əliyevin enerji təhlükəsizliyi, “yaşıl inkişaf” və sülh quruculuğunu regional bağlantılarla vəhdətdə dəyərləndirən vizioner siyasəti nəticəsində Azərbaycan bu gün Avrasiyanın əsas bağlantı və əməkdaşlıq mərkəzlərindən birinə çevrilir. Orta Dəhlizlə sinxron şəkildə inkişaf edən yaşıl enerji dəhlizləri Xəzər regionunu Avropa və Asiya ilə birləşdirən yeni enerji arxitekturası formalaşdırır”,- deyə nazir qeyd edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.