Home » “Paşa Bank” və “Azercell” tərəfdaşlığı ilə bazara tezliklə ortaq məhsul buraxılacaq

“Paşa Bank” və “Azercell” tərəfdaşlığı ilə bazara tezliklə ortaq məhsul buraxılacaq

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycanda müvafiq olaraq bankçılıq və telekommunikasiya sahəsində lider şirkətlərdən olan “PAŞA Bank” və “Azercell” tərəfdaşlıq çərçivəsində yeni layihə üzərində işlər görür. Bu layihə nəticəsində, mobil operator vasitəsilə istifadəçilərə maliyyə məhsulu təqdim edə bilmək üçün həllin yaradılması planlaşdırılır.

Bu barədə, “PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyev 2021-ci ilin yekun göstəricilərinə həsr olunmuş mətbuat konfransında verdiyi açıqlamasında bildirib. O, məhsulun yaxın aylarda bazara buraxılacağını vurğulayıb.

Məlumat üçün qeyd edək ki, konfrans çərçivəsində “PAŞA Bank”ın maliyyə vəziyyəti göstəriciləri ilə yanaşı, rəqəmsallaşma tendensiyaları da açıqlanıb. Belə ki, Baş maliyyə İnzibatçısı Bəhruz Nağıyev tərəfindən verilən məlumata görə, ötən il korporativ müştərilər tərəfindən aparılan əməliyyatların 99%-i rəqəmsal platformalar üzərindən həyata keçirilib. Fərdi bankçılıqda isə nağdsız əməliyyatlar 2020-ci ilə nəzərən  30%-dən  40%-ə yüksəlib. Bununla yanaşı, ötən ilin sonlarında “PAŞA Bank” tərəfindən təqdim edilən “Apple Pay” texnologiyası istifadəçilərin sayı 7 mini aşmışdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.