Home » “PAŞA Sığorta” ASC və Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu arasında Anlaşma Memorandumu imzalanıb – Foto

“PAŞA Sığorta” ASC və Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu arasında Anlaşma Memorandumu imzalanıb – Foto

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

PAŞA Sığorta ölkə iqtisadiyyatının inkişafına təsir göstərəcək dövlət layihəsinə dəstək istiqamətində mühüm addım atıb. Cari ilin 27 oktyabr tarixində PAŞA Sığorta və Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu arasında Anlaşma Memorandumu imzalanıb. Sözügedən Memorandumun imzalanmasında əsas məqsəd Səlahiyyətli Qurumun, onun inzibati müəssisələrinin və hüquqi şəxslərinin Azad Zonadakı fəaliyyətlərinə dair sığorta və təkrarsığorta ehtiyaclarının qarşılanması və bununla bağlı Azad Zonada sığorta fəaliyyətinin təşkilidir.

Memorandumu Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun sədri Valeh Ələsgərov və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova imzalayıblar.

İmzalanma mərasimində hər iki tərəf növbəti illər üçün nəzərdə tutulan planlanlarından danışıb, memorandum əsasında həyata keçiriləcək işlər haqqında müzakirələr aparılıb.

“Dövlət siyasətimizdə yer alan, Azərbaycana iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək bu zona ilə əməkdaşlığa başlayan ilk sığorta şirkəti olmaqdan qürur duyuruq.” – deyə Ülviyyə Cabbarova bildirib. Ülviyyə Cabbarova həmçinin, yaxın dövrdə bu Azad Zonada PAŞA Sığorta nümayəndəliyinin açılışının həyata keçirilməsi üçün müəyyən işlərin davam etdiyini də qeyd edib.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.