Home » PAŞA Sığorta “Mərhəmətli Olmağa Tələsin” xeyriyyə aksiyasında iştirak edib

PAŞA Sığorta “Mərhəmətli Olmağa Tələsin” xeyriyyə aksiyasında iştirak edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

PAŞA Sığorta korporativ sosial məsuliyyət siyasəti çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzi ilə əməkdaşlıq edərək “Mərhəmətli Olmağa Tələsin” xeyriyyə aksiyasında iştirak edib.

Artıq 16 ildir təşkil olunan aksiya ehtiyaclı uşaqlara dəstək göstərməyi hədəfləyir. Bu il aksiyada hər iki valideynini itirmiş uşaqlara, tək anaların övladlarına, sağlamlıq imkanları məhdud uşaqlara, həmçinin şəhid və qazi övladlarına qış geyimləri və digər vacib ləvazimatlar təqdim olunub.

Tədbirdə göstərdiyi dəstəyə görə PAŞA Sığorta Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding”in üzvü olan şirkət 700 mindən çox korporativ və fərdi müştəriyə 36 növ icbari və könüllü sığorta xidməti göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi şirkətin emitentin uzunmüddətli kredit reytinqini “BBB”, maliyyə dayanıqlılığı reytinqini isə “B++” səviyyəsində, proqnozunu isə “Sabit” olaraq təsdiqləyib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.