3

Azərbaycan Mərkəzi Bankı mətbuat xidmətinin rəhbəri Namiq Əliyev BİG.AZ-ın sorğusuna cavab olaraq bildirib ki, 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq sosial ödənişlərin və əməkhaqlarının vətəndaşların öz seçdikləri bank hesabına yönləndirilməsi istiqamətində bank sektoru və aidiyyəti dövlət qurumları tərəfindən zəruri texniki və təşkilati hazırlıq işləri həyata keçirilir.
Layihə mərhələli yanaşma əsasında qurulur və ilkin mərhələdə əməkhaqqı ödənişlərinin vətəndaşın seçim hüququ əsasında icrası prioritet istiqamət kimi müəyyən olunub. Hazırda modelin formalaşdırılması və inteqrasiya mexanizmlərinin razılaşdırılması istiqamətində işlər davam edir.






