2023-cü ilin sentyabr ayının 1-nə Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı 81.219 ədəd təşkil edib.
BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ayla müqayisədə 2.2% və ya 1861 ədəd azalıb.
Qeyd edək ki, ölkə üzrə mövcud POS-terminalların 55.263 ədədi və ya 68%-i Bakıda, 25.956 ədədi və ya 32%-i isə regionlarda yerləşir. Cari ilin sentyabr 1-nə ölkədə mövcud olan POS-terminalların 78.473 ədədi pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə bu POS-terminalların sayında 2.121 ədəd və ya 2.6% azalma deməkdir.