4

Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib.
BBN.az President.az-a istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni qanunu imzalayıb.
Dəyişikliyə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üçün gündəlik nağd ödəniş məbləğinin yuxarı həddi 20 manatdan 30 manata qaldırılıb.







