Home » Pul köçürmələrinin həcmi 20% azalacaq

Pul köçürmələrinin həcmi 20% azalacaq

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Pul baratları bəzi ölkələrin iqtisadiyyatında çox kiçik və əhəmiyyətsiz həcmdə bir paya sahib olsalar da, bir sıra aşağı gəlirli ölkələrdə başlıca faktorlardan hesab edilir. Hətta, Dünya Bankının “Migration and Remittances Annual Data” hesabatına istinadən demək olar ki, Qırğızıstan, Tacikistan, Nepal kimi ölkələrdə pul baratlarının ölkə ÜDM-ində payı 30% civarında qərarlaşır.

Dünya Bankının ən son proqnozlarına istinadən, koronavirus pandemiyası səbəbindən əksər ölkələrdə iqtisadi durğunluğun hökm sürməsi pul köçürmələrinin həcmində rekord azalamaya səbəb olacaq. Belə ki, proqnozlara görə aşağı və orta gəlirli ölkələrin payına düşən pul baratlarının həcmi 20% azalaraq 554 milyard dollardan 445 milyard dollar səviyyəsinə geriləyəcək. Qeyd edək ki, pul baratlarının həcmində geriləmə ən son 2009-cu ildə (-5%) müşahidə edilib.  2021-ci ilə qədər isə bu göstəricinin 5.6%-lik artım ilə 470 milyard dollara çatması gözlənilir. Ümumi beynəlxalq pul köçürmələrinin həcmi isə 2019-cu ilin 706.6 milyard dollar səviyyəsindən 600 milyard dolların altına geriləməsi gözlənilir.

Regional bölgüyə nəzər saldıqda isə, Avropa və Mərkəzi Asiya regionunda 27%, Mərkəzi və Cənubi Afrika regionunda 23%, Cənubi Asiya regionunda 22%, Orta Şərq və Şimali Afrika regionunda 20%, Cənubi Amerika regionunda 19%, Şərqi Asiya və Okeaniya regionunda isə 17% səviyyəsində azalma proqnozlaşdırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.