0

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan–Çexiya biznes-forumu keçirilib.
Tədbirdə hər iki ölkənin rəsmi nümayəndələri və iş adamları iştirak ediblər.
Forumda çıxış edən Prezident İlham Əliyev və Baş nazir Andrey Babiş Azərbaycan ilə Çexiya arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərindən, investisiya imkanlarından və qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışıblar.
Mənbə: APA.az




