Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
Bloomberg-də olan məlumata görə Brent xam neftinin qiyməti 0.74 dollar, yaxud 1.02% artaraq 73.07 dollara satılır. Təbii qazın qiymətləri isə 0.01 dollar, yaxud 0.60% yüksələrək 2.18 dollara ticarət edilir.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI (Qərbi Texas nefti) xam neftinin 1 barrel-ə görə qiyməti 0.57 dollar, yaxud 0.83% yüksələrək 69.17 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı son proqnoz göstərir ki, qiymətlər 100 dollara çatacaq, ancaq bu uzunmüddətli olmayacaq.
Eyni zamanda dünya bazarında AzeriLight markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,94 dollar, yaxud 4,98% azalaraq 75,10 dollar təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.