Home » Qərbi Kaspi Universitetinin tələbələrinə Maliyyə savadlılığı mövzusunda seminar keçirilmişdir

Qərbi Kaspi Universitetinin tələbələrinə Maliyyə savadlılığı mövzusunda seminar keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

V BEYNƏLXALQ BANKÇILIQ FORUMU çərçivəsində yan tədbirlərin həyata keçirilməsi davam etdirilir.

1 dekabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə təşkilatçılığı ilə Qərbi Kaspi Universitetinin 50-yə yaxın tələbəsi üçün Maliyyə savadlılığı mövzusunda seminar keçirilmişdir.

Təlimlər “Maliyyə savadlılığı və e-resurslar”, “Əmanət” və “Peşəkar karyerada maliyyə savadlılığının rolu” mövzularını əhatə etmişdir. Seminarlar Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşları Vüsal Həsənov və Pərvin Qəhrəmanova, “Bank of Baku” ASC-nin əməkdaşı Rüfət Məmmədov tərəfindən aparılmışdır.

Seminarda iştirakçılar Mərkəzi Bankın təşəbbüsü ilə yaradılmış elektron resurslarla ətraflı tanış olmuş, bu və ya digər maliyyə məsələlərinin həlli üçün Mərkəzi Bankın xidmətlərindən və informasiya resurslarından necə istifadə edilməsi yolları barədə geniş məlumat əldə etmişlər. Maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.