Home » Yelo IT Lab müsahibə

Yelo IT Lab müsahibə

by bbnadm
0 rəy 0 baxış 4 dəqiqə oxuma

Yelo Bank təcrübəsi olmasa belə, istedadlı gəncləri kəşf edərək onların karyera yolunda mayak olmağa davam edir. Ötən il başlatdığımız Yelo IT Lab proqramı İT sahəsində karyera qurmaq istəyən gənclər arasında səs saldı. Bu böyük maraq nəticəsində seçilmiş iştirakçılar Bankımızda İT sahəsinin dərinliklərini həm öyrəndilər, həm də təcrübə etdilər. İştirakçıların böyük əksəriyyəti hətta proqram yekunlaşmamış iş təklifi aldılar. Bu, bizim üçün çox qürurvericidir! Məzunlardan ikisi isə Yelo-da işlə təmin olunublar. Onları yaxından tanıyaq: Abuzər Kərimzadə və Aysu Tağızadə.

+ Abuzər və Aysu, hər ikinizi salamlayırıq. Yelo IT Lab proqramının yekunlaşmasından artıq bir neçə ay keçib. O vaxtdan bu günə həyatınızda nələr dəyişib?

– Abuzər: Salam, İT lab həyatımıza yeni bağlantılar qatdı və bu ən böyük dəyişiklik idi. Daha sonra bizə öyrədilənlər şəxsi inkişafımıza və hətta şəxsi layihələrimizə müsbət təsir göstərdi. Yelo İT Lab artıq bir neçə aydır bitib, amma bizə verilən mənbələri hələ də araşdırıb bitirə bilməmişik. 
– Aysu: Yelo IT Lab mənim üçün də karyera fürsəti yaratdı. İlk iş yerim Yelo Bank-dır. Proqramda öyrəndiklərimi burdaca tətbiq etməyə və daha çox öyrənib inkişaf etmək üçün şans yaratdı – deyə bilərəm.


+ Yelo IT Lab proqramına nə üçün qatılmaq istədiniz? Sizin motivasiyalarınız nələr idi?

– Abuzər: Əsas məqsəd yeni biliklər qazanıb, real layihələrin planlanmasını görmək idi. Lakin, IT Lab bundan daha çoxunu vəd edirmiş. Yeni dostlar və sağlam rəqabət bizləri iş mühitinə daha yaxşı hazırladı.
– Aysu: İT sahəsini öyrənən hər tələbə kimi mən də təcrübə toplamaq istəyirdim. Bu proqram da mənim üçün qaçırılmaz bir fürsət idi. Çünki həm 0-dan öyrədib, həm də iş imkanı təmin edən proqram tapmaq çox çətindir.  Proqramı uğurla bitirdiyim üçün özümə də təşəkkür edirəm. 


+ Parlaq Yelo komandasınız üzvü olmaq necə hissdir? İlk iş gününüzü necə xatırlayırsınız?

– Abuzər: Yelo komandasının üzvü olmaq maraqlıdır. Burada və bu komandanın üzvü olmaq gözəldir. Xüsusilə ilk iş günündə aldığım müsbət enerji məni daha da həvəsləndirdi. İlk iş günüm daha çox tanışlıqla keçdi, komandanın böyük bir hissəsi ilə və ofis ilə tanış edildim. Aparıcı mütəxəssisimizin ilk gündən dəstəyi isə xüsusilə gözəl idi.
– Aysu: İlk təcrübəm idi, çox həyəcanlı olsam da, kollektivin isti münasibəti və mehribancasına qarşılamasını görmək həyəcanımı xeyli azaltmışdı.


+ Bu sualımız xüsusilə Aysuya aid olsa da, Abuzər, sənin də fikirlərini almaq maraqlı olardı: İT sahəsində xanımların sayı təəssüf ki, kişilərdən azdır. Sizcə, nə üçün xanımlar İT sahəsindən bir qədər uzaq qalıblar?

– Aysu: Keçmişdən bəri təəssüf ki, peşələri “qadın işi” və ya “kişi işi” olaraq ayırırdılar. İnsanlarda İT peşəsinin qadınlara məxsus olmaması ilə bağlı bir fikir formalaşmışdı. Nə yaxşı ki, indi o fikir qırılır və xanımların həm bu sahəyə marağı artır, həm də xanımlar arasında peşəkar İT mütəxəssislərinin sayı artır. 
– Abuzər: Xanımların bu sahədən uzaq qalması təəssüf doğuran bir haldır. İstər iş, istərsə də akademik mühitdə yetərincə uğurlu xanım var və məncə bu digərlərinə stimul verməlidir.

+ Sizcə, İT sahəsində uğurlu olmaq üçün hansı keyfiyyətlərə sahib olmaq lazımdır?

– Abuzər: İT sahəsi davamlı inkişaf istəyir. Xüsusən bu sahəyə marağı olmayan şəxslərin uğurlu olması çox çətindir. Bu sahə kənardan asan görünə bilər, lakin burada vaxt sərf etmək, yorulmadan öyrənmək lazımdır. Qeyd etdiyim kimi, şəxsin marağı varsa öyrənmək yorucu gəlmir.
– Aysu: Tək İT sahəsi üçün yox, məncə, başqa sahələrdə də uğurlu olmaq üçün özünü inkişaf etdirməkdən başlamaq lazımdır. Fikrimcə, 2 il sonra insan yenə eyni vəzifədə qalıb, eyni işlə məşğul olursa, o, özünü inkişaf elətdirə bilmir və beləliklə, həm işdən tez bezəcək, həm də ona olan tələbat azalacaq.


+ İT sahəsində karyera qurmaq istəyən həmyaşıdlarınıza tövsiyyələriniz?

– Abuzər: Aralarında ali təhsili fərqli istiqamətdə olanlar varsa, qətiyyən çəkinməsinlər. Onlar gözəl bir yolun başlanğıcındadırlar. Bu sahə əsasən özünütədris yolu ilə öyrənilir. Sadəcə özlərinə inansınlar və vaxtlarını dəyərli istifadə etsinlər. Özlərinə uyğun İT istiqamətini seçsinlər və məlumat almaq üçün təcrübəlilərə müraciət etməkdən çəkinməsinlər. Hər birinə uğurlar arzulayıram…
– Aysu: Abuzərin dediklərinə həmfikirəm. Durmadan araşdırmaq və maariflənmək lazımdır. Əgər IT Lab proqramı kimi fürsət olsa, əldən buraxmasınlar və aktiv iştirak etsinlər.  

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.