Home » “Qarabağ KOB-ları 2024” layihəsinin ilkin təlimləri başa çatıb – Foto

“Qarabağ KOB-ları 2024” layihəsinin ilkin təlimləri başa çatıb – Foto

by anar
0 comments 2 views 1 minutes read

Layihə 70 şəhid ailəsi, müharibə iştirakçıları və onların ailə üzvlərini əhatə edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “İnkişaf Korporasiyası” QSC və Milli Təhsil Texnologiya Mərkəzinin birgə tərəfdaşlığı, “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə icra olunan “Qarabağ KOB-ları 2024” layihəsinin ilkin mərhələsi başa çatıb.

Şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasına dəstək göstərilməsi məqsədilə icra olunan layihəyə ümumilikdə 70 vətəndaş cəlb edilib. Onlar üçün Bakı, Gəncə, Bərdə, Goranboy, Laçın və Füzulidə KOBİA tərəfindən nəzəri və praktiki təlimlər təşkil edilib. Təlimlər əsasən marketinq, maliyyənin idarə olunması, biznes planın hazırlanması, satış, sosial media marketinq, insan resurslarının idarə olunması kimi mövzuları əhatə edib.

Növbəti mərhələdə layihə iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə təlimlərinə cəlb edilməsi və avadanlıqlarla təmin edilməsi nəzərdə tutulur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.