
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növləri üzrə 501,817 milyon manat sığorta haqqı toplanılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 % artım deməkdir.
Ödənişlər artıb
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə sığorta ödənişləri 4,5 % artaraq 199,233 milyon manata çatıb.
Beləliklə, bazarda toplanan hər 100 manat sığorta haqqının 39,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm ötən ilin müvafiq dövründə 41,1 manat olub.
Ümumi sığorta bazarı
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən 16 sığorta şirkəti üzrə ümumilikdə 1 milyard 157,254 milyon manat sığorta haqqı yığılıb ki, bu da illik müqayisədə 13 % artım deməkdir.
Eyni dövrdə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği 683,896 milyon manat təşkil edib və bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 23,5 % çoxdur.
Bu isə ümumi sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqına qarşılıq 59,1 manat ödəniş edilməsi deməkdir. Ötən il bu göstərici 54,1 manat olub.







