Home » “Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzusunda sertifikatlı təlim keçirilmişdir

“Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzusunda sertifikatlı təlim keçirilmişdir

by ulviyya
0 comment 1 views 1 minutes read

14 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Bakı Fond Birjası tərəfindən yerli şirkətlər üçün “Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzularında onlayn təlim keçirilmişdir.

Təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) və ABB-İnvest investisiya şirkətinin əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilmişdir. Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.

Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.