Qızılın qiyməti ilə bağlı proqnoz

“Metals Focus” konsaltinq şirkətinin qızıl və gümüş bölməsi üzrə direktoru Neil Meader deyib ki, qızılın qiyməti 2022-ci ilin sonuna qədər unsiya üçün 1,670 dollara qədər düşəcək.

BBN.az xarici mətbuata istinadən xəbər verir ki, “Metals Focus”, dünyanın ən böyük qızıl istehlakçısı olan Çində pərakəndə sərmayələrin və zərgərlik məmulatlarının satışlarının azalması səbəbindən qızıla tələbatın bu il 2% azalacağını proqnozlaşdırır.

S&P Global-ın məlumatına, əsasən konsaltinq şirkətinin direktoru deyib ki, depozit faiz dərəcələri yüksəldikcə və inflyasiya aşağı düşdükdən sonra ilin ikinci yarısında real dərəcələrin və gəlirlərin əhəmiyyətli dərəcədə artacağına və qızılın qiyməti üzərində təzyiq yaradacağını gözləyirik. 

Üstəgəl, “Goldman Sachs”dan isə proqnoz edirlər ki, qızılın qiyməti ilin sonuna kimi unsiyasına görə 2500 dollara çatacaq. 

Bank inanır ki, inflyasiya riski və iqtisadi tənəzzül gözləntiləri növbəti ildə qızılın qiymətlərini yüksəkdə saxlayacaq. “Goldman Sachs”dan hesablayırlar ki, inflyasiyanın sürətlə və davamlı şəkildə yüksəldiyi şəraitdə qızıl digər aktivləri üstələyir.

Qeyd edək ki, bir neçə həftə öncə qızılın qiyməti özünün 9 aydakı ən aşağı səiyyəsinə qədər enib, həmin vaxt dollar ABŞ-ın mühüm inflyasiya xəbərlərinin açıqlanması fonunda möhkəmlənirdi.

Spot qızıl qiymətləri iyulun 12-də erkən ticarət zamanı bir unsiya üçün 1722,36 dollara düşüb ki, bu da sentyabrın 30-dan bəri ən aşağı göstərici olub. Daha sonra isə qızılın qiymətləri möhkəmləndi və təxminən unsiya üçün 1734 dollar ətrafında ticarət olunmağa başladı. 

Bu arada, ABŞ dolları həmin zaman 20 ilin ən yüksək hitinə yaxın ticarət edirdi ki, bu da qızılı digər valyutalara sahib olan investorlar üçün bahalaşdırmışdı.

Qeyd etmək yerinə düşər ki, hazırda 1 unsiya üçün qızılın qiyməti
1,711.00 dollara ticarət olunur.

Həmçinin ekspertlər proqnoz edirlər ki, Rusiyanın qızıl ixracının Avropa üçün dayandırılması Qərb qızıl bazarına təsir etməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır