Home » Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Comex əmtəə birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) 2025-ci ilin fevral ayında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 4 550 dollar həddini keçib. Bu barədə ticarət meydançasının məlumatlarında qeyd olunur.

Bakı vaxtı ilə saat 05:23-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1,88% artaraq bir troya unsiyası üçün 4 553,4 dollar təşkil edib.

Sonradan qiymət artım tempi nisbətən zəifləyib. Saat 06:15-ə olan vəziyyətə əsasən, qızılın qiyməti 1,58% artımla bir troya unsiyası üçün 4 540 dollar səviyyəsində formalaşıb.

Eyni zamanda, Comex birjasında 2026-cı ilin mart ayında tədarük ediləcək gümüş fyuçerslərinin qiyməti də yüksəliş nümayiş etdirib. Belə ki, gümüşün qiyməti 5,48% artaraq bir troya unsiyası üçün 72,325 dollara çatıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.