
Nyu-York əmtəə birjasının bölməsi olan “Comex” də 2026-cı ilin fevralında çatdırılmaqla qızıl fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyib.
Ticarət platformasının göstəricilərinə əsasən, Bakı vaxtı ilə saat 04:47-yə qızılın bir troya unsiyasının qiyməti 4 605 dollar təşkil edib ki, bu da 1,92 % artım deməkdir.
Məlumata əsasən, qiymətli metalın dəyəri artım tempini davam etdirib və saat 05:05-ə doğru qızılın bir unsiyası 4 610,5 dollar səviyyəsində ticarət olunub.
Qeyd edək ki, bu göstərici qızıl fyuçersləri üzrə indiyədək qeydə alınan ən yüksək qiymət hesab olunur.







