Home » Qlobal geyim brendlərinin renkinqi açıqlanıb

Qlobal geyim brendlərinin renkinqi açıqlanıb

by bbnadm
0 comments 0 views 1 minutes read

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə qlobal geyim brendlərinin dəyərinə görə sıralamasını əks etdirən “Global Apparel 50” hesabatını dərc edib.

Hesabata istinadən, dünyanın ən bahalı geyim brendi “Nike” olub. Belə ki, şirkətin brend dəyəri ötən ilə nisbətən 9% artaraq, 33.2 milyard ABŞ dolları olub.

“Louis Vuitton” brendi 58% bahalaşaraq, 23.4 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “GUCCI” brendinin ümumi dəyəri isə 16% artaraq 18.1 milyard ABŞ dolları olub.

Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “Chanel” (15.3 milyard $) və “Adidas” (14.6 milyard $) şirkətlərinə layiq görülüb.

Ötən il ən çox dəyər qazanan geyim brendi Çin markası olan “Li-Ning” (68%) olub.

Sektorun ən güclü brendi isə Fransanın “Dior” (AAA) markası seçilib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.